This product was not featured by Product Hunt yet.
It will not be visible on their landing page and won't be ranked (cannot win product of the day regardless of upvotes).
Product upvotes vs the next 3
Product comments vs the next 3
Product upvote speed vs the next 3
Product upvotes and comments
Product vs the next 3
Tuto.az
Ağıllı elan axtarışı
Azərbaycanın bütün elanları bir axtarışda. Avtomobil, daşınmaz əmlak, elektronika və vakansiyalar: qiymətləri müqayisə edin, ən sərfəli təklifi tapın.
About Tuto.az on Product Hunt
“Ağıllı elan axtarışı”
Tuto.az was submitted on Product Hunt and earned 0 upvotes and 1 comments, placing #142 on the daily leaderboard. Azərbaycanın bütün elanları bir axtarışda. Avtomobil, daşınmaz əmlak, elektronika və vakansiyalar: qiymətləri müqayisə edin, ən sərfəli təklifi tapın.
On the analytics side, Tuto.az competes within Artificial Intelligence and Shopping — topics that collectively have 483.6k followers on Product Hunt. The dashboard above tracks how Tuto.az performed against the three products that launched closest to it on the same day.
Who hunted Tuto.az?
Tuto.az was hunted by Hikmat Rajabli. A “hunter” on Product Hunt is the community member who submits a product to the platform — uploading the images, the link, and tagging the makers behind it. Hunters typically write the first comment explaining why a product is worth attention, and their followers are notified the moment they post. Around 79% of featured launches on Product Hunt are self-hunted by their makers, but a well-known hunter still acts as a signal of quality to the rest of the community. See the full all-time top hunters leaderboard to discover who is shaping the Product Hunt ecosystem.
For a complete overview of Tuto.az including community comment highlights and product details, visit the product overview.


Tuto.az ilə avtomobil, daşınmaz əmlak, elektronika və iş elanlarını bir yerdən axtarın, öz elanınızı isə bir neçə dəqiqəyə yerləşdirin. Axtardığınızı sadəcə yazın və ya deyin, qalanını Tuto sizin yerinizə edir.
TUTO İLƏ SÖHBƏT EDİN
Alt menyunun ortasındakı kürəyə toxunun və süni intellektli köməkçiyə sualınızı verin. "Təcili satılan avtomobillər, 20 000 manata qədər" və ya "Yasamalda tam əşyalı kirayə mənzil" yazın, Tuto uyğun elanları tapıb göstərsin. Sualınızı dəqiqləşdirin, nəticələri müqayisə edin, bazar qiymətlərini soruşun. Söhbətləriniz saxlanılır, istədiyiniz vaxt davam edə bilərsiniz.
SƏSLƏ VƏ YAZARAQ AXTARIN
"Bakıda 2 otaqlı, 80 min manata qədər" kimi bir cümlə yazmağınız kifayətdir. Tuto istəyinizi anlayır və uyğun elanları dərhal göstərir. İstəsəniz, səs ilə deyin. "124 kuza" və ya "F10 dizel" kimi gündəlik ifadələri də başa düşür.
XÜSUSİ FİLTRLƏR
Adi filtrlərdə olmayan istəklərinizi seçin: təcili satılan, otur sür, endirim olan, ilk sahibindən, tam əşyalı, kombili, metroya piyada, rəsmi zəmanətli, bağlı qutuda və onlarla başqası. Hər filtrin yanında uyğun elanların sayı görünür. Bu xüsusiyyətlər elanların üstündə nişan kimi də göstərilir, siyahıya bir baxışda fərqi görürsünüz.
ELANINIZI YERLƏŞDİRİN
Satmaq istədiyinizi birbaşa tətbiqdən elan edin. Kateqoriyanı seçin, şəkilləri əlavə edin, qiyməti və şəhəri yazın, addım-addım forma qalanında sizə yol göstərir. Yarımçıq qalan elan qaralama kimi avtomatik saxlanılır, istədiyiniz vaxt davam edə bilərsiniz. Göndərməzdən əvvəl elanınızın axtarışda necə görünəcəyinə baxın.
ELANLARINIZI İDARƏ EDİN
"Elanlarım" bölməsində bütün elanlarınızı status üzrə görün: aktiv, yoxlamada, müddəti bitmiş. Elanı redaktə edin, önə çəkin ki, siyahının başına qalxsın, və ya VIP edin ki, daha çox alıcıya görünsün. Hər elanın neçə dəfə göstərildiyini, neçə baxış və zəng aldığını izləyin.
SALON, MAĞAZA, AGENTLİK VƏ ŞİRKƏT
Biznesiniz üçün öz səhifənizi açın və elanlarınızı onun adından yerləşdirin:
• Salon: avtosalonlar üçün. Bütün avtomobilləriniz bir vitrində.
• Mağaza: elektronika və digər mallar satanlar üçün.
• Agentlik: daşınmaz əmlak agentlikləri üçün. Mənzil, ev və torpaq elanlarınız agentliyinizin adı ilə görünür.
• Şirkət: işəgötürənlər üçün. Vakansiyalarınızı şirkətinizin adından yerləşdirin.
Alıcılar səhifənizdə loqonuzu, iş saatlarınızı, əlaqə məlumatlarınızı və bütün elanlarınızı bir yerdə görür. Elanlarınızda biznesinizin növü (Salon, Mağaza, Agentlik, Şirkət) ayrıca nişanla göstərilir. Hər növdən 3-ə qədər səhifə aça bilərsiniz.
MESAJLAR
Satıcı və alıcılarla birbaşa tətbiqdə yazışın. Şəkil göndərin, mesajınızın oxunduğunu görün.
FÜRSƏTLƏRİ QAÇIRMAYIN
Tuto hər elanın qiymətini bazar qiyməti ilə müqayisə edir. Bazardan ucuz olan elanlar "Fürsətlər" bölməsində toplanır, neçə faiz ucuz olduğu da görünür. Qiyməti tam dəyəri əks etdirməyən elanlar bu siyahıya düşmür.
QİYMƏT DÜŞƏNDƏ XƏBƏR TUTUN
Bəyəndiyiniz elanı saxlayın. Qiyməti düşən kimi bildiriş alırsınız. Elan səhifəsində qiymətin nə vaxt və nə qədər dəyişdiyini, bazar qiyməti ilə müqayisədə bir baxışda görürsünüz.
BİR DƏFƏ AXTARIN, DAİM XƏBƏRDAR OLUN
Axtarışınızı izləməyə əlavə edin. Şərtlərinizə uyğun yeni elan çıxan kimi Tuto sizə bildiriş göndərir, saytları təkrar-təkrar yoxlamağa ehtiyac qalmır.
MÜQAYİSƏ EDİN
Eyni kateqoriyadan 3 elanı yan-yana qoyun və fərqləri bir ekranda görün. Avtomobillər üçün süni intellekt məsləhəti də var: məqsədinizi seçin, hansının sizə daha uyğun olduğunu öyrənin.
KƏŞF EDİN
Elanları tam ekranda, story kimi vərəqləyin. Bir toxunuşla oxşar elanlara keçin, bəyəndiyinizi saxlayın.
KATEQORİYALAR
• Nəqliyyat: avtomobillər, motosikletlər və digər nəqliyyat vasitələri
• Daşınmaz əmlak: mənzil, ev, torpaq, kirayə və satış
• Elektronika: telefon, kompüter və digər texnika
• İş elanları: vakansiyalar
Tuto.az pulsuzdur. Axtarın, elanınızı yerləşdirin, qalanını Tuto izləsin.